img
Bakı Zooloji Parkı

Elan və Xəbərlər

img

Bakı Zooloji Parkında möhtəşəm yenilik

Bakı Zooloji Parkı Avropa Zooparklar və Akvariumlar Assosiasiyası (EAZA) tərəfindən həyata keçirilən, nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasına yönəlmiş Avropa Nəsli Kəsilməkdə olan Növlər Proqramının (EEP) rəsmi iştirakçısına çevrilmişdir. EEP nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin genetik müxtəlifliyinin qorunması və nəzarətli şəraitdə çoxaldılması məqsədilə həyata keçirilən proqramdır.
Proqram çərçivəsində Bakı Zooloji Parkına bir dişi və bir erkək olmaqla, iki baş Ön Asiya bəbiri (Panthera pardus saxicolor) təhvil verilmişdir. Bəbir həm Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Qırmızı Siyahısında, həm də Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nda nəsli kəsilmək təhlükəsi altında olan növlər sırasında yer alır.

Qeyd edək ki, 1 aprel 2025-ci il tarixindən etibarən, Bakı Zooloji Parkı beynəlxalq standartlara uyğunlaşdırılmış fəaliyyəti və müasir yanaşmaları nəticəsində EAZA üzvlüyünə namizəd statusu qazanmışdır.
Namizədlik Zooloji Parkın beynəlxalq miqyasda tanınması, EAZA-ya üzv olan zooparklarla sıx əməkdaşlıq, təbiətdə sayı azalan və təhlükə altında olan növlərin mühafizəsi, heyvanlara qulluq sahəsində qabaqcıl elmi və praktiki təcrübələrin tətbiqi, yerli mütəxəssislərin peşəkar inkişafı və maarifləndirici proqramların gücləndirilməsi kimi bir sıra mühüm imkanlar yaradır.