img
Bakı Zooloji Parkı

Təhsil və Marifləndirmə

Təhsil uşaqlara və gənclərə faydalı bilik və bacarıqlar vermək məqsədi daşıyır. Təhsili əyləncə ilə birləşdirdikdə bilik qazanmağı daha maraqlı və asan vəziyyətə gətirmək olar. 

Bakı Zooloji Parkı yalnız əyləncə məkanı deyil, həmçinin, elmi-maarifçilik müəssisəsi funksiyasını daşıyır. Zooloji Parkda keçirilən seminar və treninqlər, ustad dərsləri uşaqlar və gəncləri əyləndirərək maarifləndirir. Bu prosesin uşaqlar üçün bir sıra üstünlükləri var:

  • Əyləncəli fəaliyyətlər uşaqları daha yaxşı öyrənməyə həvəsləndirərək, onlarda uzunmüddətli yaddaşı təmin edir.
  • Uşaqları monoton və darıxdırıcı təhsildən uzaqlaşdırır.
  • Onlar arasında sağlam rəqabətin inkişafına kömək edir.
  • Keçirilən oyunlardan qazandıqları uğurlar balacaları öyrənməyə daha da ruhlandırır.
  • Yeni vərdiş və bacarıqlar formalaşdırır.
  • Onların gizli istedadlarını ortaya çıxarır.

Uşaq, yeniyetmə və gənclərin maraq və meyillərinin, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edir.

Məhz bu sadalananları nəzərə alaraq, Zooloji Parkın lektoriyasında heyvanların həyat tərzi, xarakterik xüsusiyyətləri, biologiyası, ekologiyası haqqında seminar və treninqlər, ekoloji mövzularda keçirilən müxtəlif ustad dərsləri uşaqların əyani şəkildə tanış olduqları heyvanlar barədə həmçinin, nəzəri biliklər də əldə etmələrinə yardımçı olur, balacalar üçün mütəmadi olaraq cizgi filmlər nümayiş etdirilir, sərgilər keçirilir. 

Seminar və treninqlər uşaqların bilik səviyyələrinin artmasında, ustad dərslər isə bacarıqlarını kəşf etmələrində mühüm rol oynayır. Lektoriyada uşaqlar sual-cavablarda iştirak edib, müzakirələrə qoşularaq Zooloji Parkda sığınacaq tapan və Azərbaycanın “Qırmızı Kitab” ına daxil olan heyvanlar barədə ətraflı məlumatlar öyrənə, ölkəmizin faunası ilə daha yaxından tanış ola bilərlər. 

Bütün bunlar isə balacalarda təbiətimizə qarşı qayğı və sevgi hissinin formalaşmasına, təbiətin insanların həyatında mühüm rol oynadığını dərk etmələrinə yardımçı olur. Uşaqların bu cür tədbirlərdə iştirakı onlarda həmçinin, təbiəti qoruma şüurunun formalaşdırılması və ekoloji tərbiyənin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.