img
Bakı Zooloji Parkı

Elan və Xəbərlər

img

Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının (EAZA) nümayəndələri Bakı Zooloji Parkını ziyarət ediblər

Bakı Zooloji Parkının müraciəti əsasında dünyada zooloji parklar və akvariumlar üçün qlobal standartların müəyyən edilməsində mühüm rol oynayan Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının nümayəndələri (EAZA) Bakı Zooloji Parkını ziyarət ediblər.
Ziyarətin əsas məqsədi, nümayəndələrin Bakı Zooloji Parkının mövcud vəziyyətini qiymətləndirərək, zooloji parkın EAZA-ya üzv olmaq potensialını dəyərləndirməkdir. EAZA-ya üzv olmaq, Bakı Zooloji Parkı üçün mühüm bir mərhələ olacaq və beynəlxalq zooloji parklar və akvariumlar icmasında aparıcı bir qurum kimi tanınmasını təmin edəcəkdir.
Ziyarət zamanı Bakı Zooloji Parkında həyata keçirilən fəaliyyətlər, gələcək üçün nəzərdə tutulan tədbirlər planı, işçilərin fəaliyyəti və heyvanların rifahı ilə bağlı mövcud şərait ətraflı şəkildə təhlil edilmişdir. Nümayəndələr həmçinin zooloji parkın ərazisinə ümumi baxış keçirərək, onun beynəlxalq standartlara uyğunluğunu qiymətləndirib və gələcək inkişaf istiqamətləri ilə bağlı tövsiyələr təqdim etmişlər.