Bakı Zooloji Parkı
Adi qaraqulaq
Ölçü və çəki
60 sm
10-20 kq
Qidalanma
Ətyeyən
Həyat ömrü
10 il
Çoxalma
1-6
Mühafizə Statusu
Az qayğı tələb edənlər
Orta Asiya, Şimali və Şərqi Afrika, Yaxın Şərqin yarımsəhra, savanna və quru dağətəyi bölgələri
Qaraqulaqlar əsasən tək yaşayırlar və yalnız cütləşmə dövründə digər fərdlərlə təmasda olurlar. Növün əsas morfoloji xüsusiyyətlərindən biri, həm eşitmə qabiliyyətini artıran, həm də ünsiyyət məqsədilə istifadə olunan böyük və qara tüklü qulaqlarıdır. Uzun və güclü ayaqları sayəsində qaraqulaq 3 metrədək hündürlüyə tullana və ovunu havada tutmağı bacarır, müxtəlif mühitlərdə-xüsusilə savannalardan yarımsəhra bölgələrinə qədər olan ərazilərdə kiçik məməlilər və quşlarla qidalanır.
