
Bakı Zooloji Parkı
Ceyran
Ölçü və çəki
18-33 kq
Qidalanma
Otyeyən
Həyat ömrü
2-8 il
Çoxalma
1-2
Mühafizə Statusu
Həssas növlər. Azərbaycanın Qırmızı Kitabına daxildir

Orta Asiya və Şimali Afrikanın quraq əraziləri, Azərbaycan (Şirvan Milli Parkı)
Ceyranın çənə hissədən aşağı, ön tərəfdə uzaqdan görünə bilən hulqumu vardır. Təhlükədən qaçarkən saatda 60 km-ə qədər çatan sürətlərinə güvənirlər. Əvvəllər Azərbaycanda çox olan ceyranların 1960-cı illərdə qanunsuz ov və yaşayış mühitinin məhv olması nəticəsində populyasiyalarında kəskin azalma müşahidə edilmişdir. Xoşbəxtlikdən, Azərbaycanda nəsli kəsilmək statusundan xilas olunan ceyranların sayı regional mühafizə səyləri nəticəsində hal-hazırda dayanmadan artmağa davam edir.