img
Bakı Zooloji Parkı

Avropa cüyürü

Ölçü və çəki

Bədən uzunluğu 108-126 sm
ÇƏKİ: 22-32 kq

Qidalanma

Otyeyən

Həyat ömrü

7-8 il

Çoxalma

2

Mühafizə Statusu

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.

img
Göygöl Milli Parkı

Məməlilər sinfinin Cütdırnaqlılar dəstəsinin Marallar fəsiləsinə aid heyvan növüdür. Azərbaycanda Böyük Qafqazın cənub ətəklərində, Kiçik Qafqaz və Talış meşələrində rast gəlinir. Bədəni nisbətən qısa, arxa tərəfi ön tərəfdən hündürdür. Erkəklərin bədən uzunluğu 108-126 sm, çiyin hündürlüyü 66-81 sm-ə qədərdir. Kütləsi 22-32 kq arasında dəyişir. Dişilər nisbətən xırda olsalar da, cinsi dimorfizm zəif ifadə olunmuşdur. Buynuzları 3 çıxıntılı olaraq liraşəkillidir. Dişilərdə buynuz olmur. Yetkin fərdlərin rəngi bircinslidir. Qışda bədənin əksər örtüyü boz və ya boz-qonur olur. Yayda isə daha çox qırmızımtıl kürən rəngdə olurlar. Erkək və dişilər arasında rəng fərqi yoxdur. Əsasən meşə və meşə və çəmən ərazilərində məskən salır. Kiçik qruplar şəklində yaşayırlar. Yazda adətən 2 bala dünyaya gətirirlər. Balalar doğulduğu ilin payızında cütləşmədə iştirak edə bilirlər.