img
Bakı Zooloji Parkı

Qonur Ayı

Ölçü və çəki

Bədəninin uzunluğu 1,7-2,2 m
ÇƏKİ: 100-340 kq 

Qidalanma

Hərşeyyeyən

Həyat ömrü

30 il

Çoxalma

2-5

img
Göygöl Milli Parkı

Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Ayılar fəsiləsinə aid olan heyvan növüdür. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. Bədəninin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Uzunsov sifətli, balaca gözlü və quyruğuqısadır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır. Bu, yeməyin qarışıq olması ilə əlaqədardır. Burnu yaxşı inkişaf edib, iybilmə qabiliyyəti var. Pəncələri iri, möhkəm, beş barmaqlı, caynaqları möhkəm, bükülmüş şəkildədir. Başqa yırtıcı məməlilərdən fərqli olaraq, ayılarda mimika demək olar ki, yoxdur. Meşə heyvanıdır. Mövsümdən asılı olaraq, həm bitki, həm də heyvanlarla qidalanırlar. Adətən 2-3, bəzən isə 5 bala dünyaya gətirirlər.