Bakı Zooloji Parkı
Adi Gəlincik
Ölçü və çəki
Bədəninin uzunluğu 21-26 sm, quyruğunun uzunluğu 2-5 sm
ÇƏKİ: 70-105 qr
Qidalanma
Ətyeyən
Həyat ömrü
1-2 il
Çoxalma
10-12
Göygöl Milli Parkı
Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Dələlər fəsiləsinə aid kiçik məməli heyvandır. Azərbaycanın hər yerində rast gəlinir. Dağətəyi meşəlik və kolluqlarda sayca daha çoxdur. Düzənliklərdə də geniş yayılmışdır. Əsasən daşlıq yerlərdə yaşayır. Yırtıcı heyvandır. Bədəninin uzunluğu 21-26 sm, quyruğunun uzunluğu 2-5 sm, çəkisi isə 70-105 qr-dır. Bədəni uzunsovdur. Sıx və qısa xəzə malikdir. Tükü yayda sarımtıl-boz, qışda isə boz rəngdə olur. Döş və qarın tükləri ağ rəngdədir. Başı kiçik, üzü nisbətən enlidir.
