img
Bakı Zooloji Parkı

Adi porsuq

Ölçü və çəki

Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm
ÇƏKİ: 24 kq

Qidalanma

Ətyeyən

Həyat ömrü

10-12 il

Çoxalma

2-3

img
Qızılağac Milli Parkı

Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Dələlər fəsiləsinə aid heyvan növüdür. Azərbaycanda geniş yayılmış məməli heyvandır və düzənliklərdən dağ meşələrinə qədər bir çox təbii landşaftlarda rast gəlinir. Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf edib. Xəzi sıx olub, qəhvəyi-boz rəngdədir. Yeraltı yuvalarda yaşayır. Bitki və heyvan mənşəli yemlərlə qidalanır.