Adi Qaranaz
Ölçü və çəki
Bədən uzunluğu 48-66 sm
ÇƏKİ: 0,5-1 kq
Qidalanma
Hərşeyyən
Həyat ömrü
10-15 il
Çoxalma
2-5
Qızılağac Milli Parkı
Quşlar sinfinin Leyləkkimilər dəstəsinin İbislər fəsiləsinə aid quş növüdür. Azərbaycanda yuvalayan və ötüb keçən quşdur. Azərbaycana yuvalama yerlərinə martda uçub gəlir, sentyabrda isə qışlaq yerlərinə köçüb gedir. Su hövzələrindəki qarğı və qamışlıqlar, sahillərdəki açıq bataqlıqlar yaşayış yerləridir. Rəngi metal kimi parlaq tünd-qəhvəyidir. Dimdiyi aşağıya tərəf qövs kimi əyridir. Başı, boynu və qarın tərəfi qırmızımtıl–qəhvəyi, qanadları və quyruğu göy–yaşıl metal rəngli qaradır. Bel və quyruqüstü lələklərin yaşıl–bənövşəyi çaları vardır. Adətən sürü halında yaşayır. Gündüz və alaqaranlıqda fəal olur. Monoqamdır. Cütlər əmələ gətirir, cəngəlliklərdə və müxtəlif kolluqlarda yuva qurur və yumurta 2–5 qoyur. Aprelin axırlarından may və iyun aylarının əvvəllərində cücələri görünməyə başlayır. Onlar iyunun axırı, iyulda pərvazlanır. Əsas yemini su cücüləri, xərçənglər, ilbizlər, qismən də xırda balıq və qurbağa təşkil edir.
