img
Bakı Zooloji Parkı

Çay qaraquşu (Balıqcıl qaraquş)

Ölçü və çəki

Bədəninin uzunluğu 55-58 sm, qanadlarının açılmış halda uzunluğu 145-170 sm
ÇƏKİ: 1,6-2,0 kq

Qidalanma

Ətyeyən

Həyat ömrü

20-25 il

Çoxalma

2-4

Mühafizə Statusu

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.

img
Hirkan Milli Parkı

Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Çay qaraquşları fəsiləsinə aid yırtıcı quş növüdür. Xəzər sahili boyu, Lənkəran ovalığı, Kür, Araz, Samur, Türyançay, Qabırrı çayları boyu, Qızılağac Milli Parkında yuvalayır. Dişinin kütləsi 1,6-2,0, erkəyin kütləsi 1,2-1,6 kq-dır. Bədəninin uzunluğu 55-58 sm, qanadlarının açılmış halda uzunluğu 145-170 sm-dir. Bədəninin üst lələkləri qonur, baş, döş və qarın lələkləri ağ rəngdədir. Balıqla zəngin su-bataqlıq sahələrində, düzəndə və dağlarda rast gəlinir. Mart-aprel aylarından oktyabradək qeydə alınır. Bəzən qış mövsümündə də müşahidə edilir. Ağacda, bəzən qayada yuva qurur.