img
Bakı Zooloji Parkı

Ağbaş Kərkəs

Ölçü və çəki

Bədən uzunluğu 93–110 sm, qanadların enliyi 234–269 sm
ÇƏKİ: 5–12 kq

Qidalanma

Leşyeyən 

Həyat ömrü

30–40 il

Çoxalma

1-2

Mühafizə Statusu

Azərbaycanın Qırmızı Kitabına daxildir

img
Zəngəzur Milli parkı

Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Qırğılar fəsiləsinə aid yırtıcı quş növüdür. Oturaqdır. Böyük və Kiçik Qafqaz dağlarında rast gəlinir. D.s.-dən 200-3000 m hündürlükdə yayılıb. Kütləsi 5-12 kq, bədəninin uzunluğu 93-110 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 234-269 sm-dir. Bədəninin üst tərəfi qonur, alt tərəfi kürən, çalma və sükan lələkləri qaradır. Cavanları daha tünd rəngdədir. Boynunun dibində lələklərdən ibarət «yaxalıq» var. Quru iqlimli dağ dərələrində, kiçik mağaralarda yuvalayır. Mart-iyulda yuvalama düşərgələrində yuvalayır. 1-2 ədəd yumurta qoyub, 52-54 gün kürt yatır. Balalar 3 ay yuvada bəslənilir. İyun-iyulda bala yuvadan uçur. 4-5 yaşında cinsi yetişkənliyə çatır. Təbiətdə 40 ilədək yaşayır. Yemini heyvan leşləri təşkil edir. BQ və KQ dağlarında rast gəlinir.