Fısıldayan Qu quşu
Ölçü və çəki
Bədəninin uzunluğu 180 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 240 sm
Çəki: 8–22 kq
Qidalanma
Hərşeyyeyən
Həyat ömrü
25-28 il
Çoxalma
3-8
Mühafizə Statusu
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.
Abşeron Milli parkı
Quşlar sinfinin Qazkimilər dəstəsinin Ördəklər fəsiləsinə aid quş növüdür. Azərbaycanda əsasən qışlayır, Şirvan Milli Parkında yuvalayır. Qışlayan quşlar noyabr-fevralın 2-ci yarısında qeydə alınır. Xəzər sahili boyu sularda və daxili su-bataqlıq sahələrində rast gəlinir. Bədəninin rəngi ağ, dimdiküstlüyü və kənarları qara, dimdiyin ucu və əsası narıncıdır. Kiçik və harayçı qu quşundan dimdiyinin narıncı rəngi və onun zirvəsində qara şişkinliyin olması ilə fərqlənir. Üzmə vaxtı boynunu “S” hərfi formasında, başını isə maili saxlayır. Bədəninin uzunluğu 180 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 240 sm, dişinin kütləsi 5,5-6,0, erkəyin 8-13, bəzən də 22,5 kq olur.
