Bakı Zooloji Parkı
Qıvrımlələk qutan
Ölçü və çəki
Ölçü: Bədən uzunluğu 160-180 sm, qanadların enliyi 250-320 sm
Çəki: 9–14 kq
Qidalanma
Ətyeyən
Həyat ömrü
15-25 il
Çoxalma
2-5
Mühafizə Statusu
Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar. Azərbaycanın Qırmızı Kitabına daxildir
Azərbaycanda Xəzərin sahil suları, Lənkəran, Kür-Araz və Samur–Dəvəçi ovalıqlarını, Naxçıvan MR əhatə edir, dünyada isə Avropa, Asiya və Afrikanın müvafiq bölgələrinə qədər uzanır.
Qıvrımlələk qutan, baş nahiyəsindəki qıvrım tükcüklərə görə bu adla tanınır. Adətən böyük göllərin yaxınlıqlarında və ya sıx hidrofit örtüyə malik bataqlıq ərazilərdə məskunlaşır və yuva qurur. Təhlükə hiss etdikdə qanadlarını tam şəkildə açaraq, yüksək tonlu səslərlə müşayiət olunan müdafiə davranışları sərgiləyir. Boğaz nahiyəsində yerləşən dəri kisəsində təxminən 3 litr su saxlamaq qabiliyyətinə malikdir. Sosial həyat tərzi keçirən bu quşlar, qruplar halında balıq sürülərini sıxışdıraraq ovlayırlar. Gün ərzində orta hesabla 1,2 kiloqram balıqla qidalanırlar.
