img
Bakı Zooloji Parkı

Bataqlıq belibağlısı

Ölçü və çəki

Bədən uzunluğu 50-60 sm, qanadların enliyi 120-150 sm
ÇƏKİ: 400-700 qr

Qidalanma

Ətyeyən

Həyat ömrü

5-10 il

Çoxalma

3-6

Mühafizə Statusu

Az qayğı tələb edənlər

img
Azərbaycan (xüsusən Lənkəran və Kür-Araz ovalığı), Avropa və Afrikanın şimal-qərbi, Orta Asiya və Yaxın Şərqin şimal hissələrinin bataqlıq və su hövzələrinin ətrafında rast gəlinir.

Bataqlıq belibağlısı qida axtarışı zamanı su hövzələri və bataqlıqlar üzərində təkrarlanan, yavaş və dövri uçuşlar edərək su quşları, sürünənlər, suda-quruda yaşayanlar və kiçik məməliləri ovlayır. Cütləşmə mövsümündə erkək fərdlər dişiləri cəlb etmək üçün havada möhtəşəm uçuşlar sərgiləyir. Yuvaları həm qida mənbələrinin bolluğu, həm də yumurtaların mühafizəsi baxımından əlverişli şəraitin təmin olunduğu sıx bitkilərlə örtülü ərazilərdə qururlar.