img
Bakı Zooloji Parkı

Çəhrayı qutan

Ölçü və çəki

Bədən uzunluğu 135–175 sm, qanadların enliyi 270–360 sm
ÇƏKİ: 7–15 kq

Qidalanma

Ətyeyən

Həyat ömrü

25–30 il

Çoxalma

2–3 

Mühafizə Statusu

Az qayğı tələb edənlər 
Azərbaycanın Qırmızı Kitabına daxildir

img
Azərbaycanda Abşeron MP, Qızılağac MP və Xəzər dənizinin bütün sahil zolağı boyu rast gəlinir Cənubi və Şərqi Avropa, Afrika, Yaxın Şərq və Orta Asiyanın bataqlıq və göl əraziləri

Çəhrayı qutan — iri ölçülü, qutanlar fəsiləsinə aid su quşudur. Onun ən səciyyəvi xüsusiyyəti uzun, sarımtıl dimdiyi və altında yerləşən elastik, çəhrayı rəngli boğaz torbasıdır. Bu torba balıq ovlarkən suyu süzərək balıqları tələyə salmaq üçün istifadə olunur. Lələklərinin əsas hissəsi ağ çalarlı açıq çəhrayı rəngdədir, qanad ucları isə qara olur.Çəhrayı qutanlar böyük sürülərlə yaşayır və su hövzələrinin ətrafında məskunlaşırlar. Balıq ovunu əsasən qrup halında həyata keçirirlər: bir neçə fərd bir dairə əmələ gətirərək balıqları dayaz suya qovur və dimdikləri ilə eyni anda tutur. Qidalanma zamanı bir qutan gündə 1,5–2 kq-a qədər balıq yeyə bilir.