Bakı Zooloji Parkı
Firəng toyuğu
Ölçü və çəki
40-55 sm
ÇƏKİ: 1-1.5 kq
Qidalanma
Hərşeyyeyən
Həyat ömrü
10-15 il
Çoxalma
6-12
Mühafizə Statusu
Az qayğı tələb edənlər
Afrikanın cənub və qərb bölgələrində, xüsusilə savanlarda və açıq meşəlik əraziləri. Hazırda isə bu növ dünyanın bir çox ölkəsində, o cümlədən Asiya və Avropada ev şəraitində və təsərrüfatlarda geniş şəkildə yetişdirilir.
Firəng toyuqları 25-30 fərddən ibarət sürülər şəklində yaşayır. Təhlükədən qorunmaq üçün gecələr hündür ağaclarda gizlənirlər. Həyəcanlanan zaman uçmaq əvəzinə qaçmağa meyl edirlər. Gün ərzində 10 km-dən çox ərazini qət edə bilirlər.
