img
Bakı Zooloji Parkı

Harayçı qu quşu

Ölçü və çəki

Bədən uzunluğu 140-160 sm, qanadların enliyi 205-235 sm

8-15 kq

Qidalanma

 Otyeyən

Həyat ömrü

10-30 il 

Çoxalma

3-7

Mühafizə Statusu

Az qayğı tələb edənlər

img
Azərbaycana qışlamaq üçün gəlir (Əsas qışlama yeri Xəzər dənizi və düzənlik rayonlarda olan böyük hövzələrdir), Şimali Avrasiya meşələrinin sərhədləri, Skandinaviya və Şotlandiyadan Çukotka və Saxalinə qədər.

Harayçı qu quşları adlarını sürülərlə hərəkət etdikləri zaman yüksək səslərlə bir-biriləri ilə ünsiyyət qurmalarından almışlar. Onlar gündəlik fəaliyyətlərinin bir neçə saatını qidalanma və bədən təmizliyinə sərf edirlər. Qu quşları monoqam həyat tərzi sürərək ömür boyu eyni fərdlə birlikdə yaşadıqları üçün təbiətdə sədaqət və əbədi sevginin simvolu kimi qəbul olunurlar.