Bakı Zooloji Parkı
Adi nandu
Ölçü və çəki
1.4-1.5 m
20–30 kq
Qidalanma
Hərşeyyeyən
Həyat ömrü
15–20 il
Çoxalma
10–60
Mühafizə Statusu
Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar
Cənubi Amerikanın mərkəzi və şərq hissələri Braziliya, Argentina, Paraqvay, Uruqvayın açıq çöl və savanna ərazilərində rast gəlinir.
Adi nandu - uçma qabiliyyətini itirmiş, lakin çox sürətli qaçış bacarığına malik iri quş növüdür. Nandular bitkilərin yarpaqları, toxumları, meyvələri ilə yanaşı, bəzən həşərat və kiçik onurğasızlarla da qidalanırlar. Erkək fərd çoxalma dövründə bir neçə dişi ilə cütləşir və dişilər yumurtaları birgə yuva sahəsinə qoyurlar. Yumurtaları isə yalnız erkək fərd inkubasiya edir və bala çıxandan sonra da onlara təkbaşına qulluq edir. Bala nandular erkəyin qoruması altında bir neçə ay qalır. Nandular təhlükə anında böyük sürətlə qaçaraq, uzun boyunlarını irəli uzadıb bitkilərin arasında gizlənirlər.
