img
Bakı Zooloji Parkı

Üzük quyruqlu lemur

Ölçü və çəki

Boyu – 45 sm Uzunluğu – 46 sm Quyruğunun uzunluğu – 55 - 62 sm
Çəki - 2,3-3,5 kq

Qidalanma

Hərşey yeyənlər

Həyat ömrü

16-18 il

Çoxalma

1-2

Mühafizə Statusu

Nəsli kəsilmə təhlükəsi olanlar

img
Madaqaskar

Üzük quyruqlu lemurların əsas üstünlükləri 13-14 qara və ağ zolaqdan ibarət uzun quyruqlarının olmasıdır. Quyruqdan siqnallar vermək, dırmaşma və tullanma zamanı tarazlığı qorumaq və qoxu yaymaq üçün istifadə edirlər. Onlar mürəkkəb sosial quruluşa malik 15-20 fərddən ibarət qruplarda yaşayırlar. Qruplar matriarxatdır və dişilər bütün həyatını doğulduqları qrupda keçirirlər. Lakin erkəklər bir neçə ildən sonra bir qrupdan digər qrupa köçürlər. Erkəklərin iti barmaq ucları var, onların köməyi ilə ağacların qabığını cızaraq, öz ərazilərinin sərhədlərini qeyd edirlər. Üzük quyruqlu lemurlar günəş altında dincəlməyi xoşlayırlar.