 
        Bakı Zooloji Parkı
                            
                    Amur Pələngi
Ölçü və çəki
118-250 kq
Qidalanma
Ətyeyən
Həyat ömrü
Təxminən 20 il
Çoxalma
2-4
Mühafizə Statusu
Nəsli kəsilmə təhlükəsi olanlar
 
        Amur və Ussuri çaylarının sahilləri daxil olmaqla Cənub-Şərqi Rusiyanın mühafizə olunan əraziləri və Şimal-Şərqi Çin
Pələng yarımnövləri içərisində böyüklüyünə görə birinci olan Amur pələngi, qütb və qonur ayıdan sonra quruda yaşayan üçüncü ən böyük ətyeyəndir. Pələnglər ov edərkən 9-10 m uzunluq və 5 m yüksəkliyə sıçraya bilər və ağır çəkilərinə baxmayaraq, 60 km/saat sürətlə qaça bilərlər.
