img
Bakı Zooloji Parkı

Adi Çaqqal

Ölçü və çəki

7-10 kq

Qidalanma

Hərşeyyeyən

Həyat ömrü

12-14 il

Çoxalma

2-4

Mühafizə Statusu

Az qayğı tələb edənlər

img
Asiya və Cənubi-Şərq, Mərkəzi, Şimal-Şərqi Avropanın əksər bölgələri, Azərbaycanın bütün bölgələri.

İtlər fəsiləsinin canavarlar cinsinə məxsus olan Adi çaqqallar təbii areallarında kifayət qədər yayılmışdır. Adi çaqqala vadi və çay kənarlarında, kanal, göl və dəniz sahillərində daha çox rast gəlinir. Asan uyğunlaşma bacarığı sayəsində meyvə və həşəratlardan tutmuş xırdabuynuzlulara qədər hər cür qidalardan yararlana bilirlər.