Bakı Zooloji Parkı
Meşə Kəli (Avropa zubru)
Ölçü və çəki
400-920 kq
Qidalanma
Otyeyən
Həyat ömrü
23-28 il
Çoxalma
1
Mühafizə Statusu
Azərbaycanın Qırmızı Kitabına daxildir
Şahdağ Milli Parkı
Birinci Dünya müharibəsindən sonra intensiv ovlanma və yaşayış mühitlərinin məhv edilməsi nəticəsində zubrların təbii populyasiyası tamamilə yox olmuşdur. 1920-ci illərin əvvəllərində vəhşi şəraitdə heç bir zubr qalmamış, növ yalnız zooparklarda və qoruqlarda saxlanılan cəmi 12 fərdin hesabına qorunub saxlanılmışdır. Məhz həmin məhdud sayda fərdlərdən bütün müasir zubr populyasiyaları formalaşmışdır. Zubrlar sosial heyvanlardır, adətən 5–20 dişi fərd və onların balalarından ibarət kiçik sürülərdə yaşayır, yetkin erkəklər isə çox vaxt tənha həyat tərzi sürərək yalnız cütləşmə dövründə sürülərə qoşulurlar.
