img
Bakı Zooloji Parkı

Şərqi Qafqaz Turu

Ölçü və çəki

45-100 kq

Qidalanma

Otyeyən

Həyat ömrü

20 il

Çoxalma

1-2

img
Şahdağ Milli Parkı

Məməlilər sinfinin Cütdırnaqlılar dəstəsinin Boşbuynuzlular fəsiləsinə aid heyvan növüdür. Qafqazda endemik növdür. Azərbaycanda yalnız Böyük Qafqaz dağlarında rast gəlinir. Meşənin yuxarı qurşağından başlayaraq dağların zirvəsinə qədər yayılıb. Yüksək dağlıq şəraitə yaxşı uyğunlaşmışdır. Eşitmə, görmə və iybilmə hisləri yaxşı inkişaf etmişdir. Əsasən sürü şəklində yaşayırlar. Bəzi erkək fərdlərlər isə tək yaşayır. Fəsillərdən və günün saatlarından asılı olaraq şaquli miqrasiyalar edir. Yazda erkəklər sürüdən ayrılıb daha hündür qurşaqlarda yaşayır, payızın ortalarında isə sürülər yenidən qarışır və cütləşmə dövrü başlayır. Dişi fərdlərin hamiləlik dövrü 150-160 gün olur. Doğumdan əvvəl dişi fərdlər sürüdən ayrılıb təhlükəsiz yerlərə gedirlər. 1, bəzi hallarda 2 bala doğurlar. Zaqatala Dövlət Təbiət Qoruğunda, İlisu və Şahdağ milli parklarında mühafizə olunurlar.