Bakı Zooloji Parkı
Adi çaqqal
Ölçü və çəki
Bədən uzunluqları 85-95 sm
ÇƏKİ: 7-12 kq
Qidalanma
Hərşeyyeyən
Həyat ömrü
12-14 il
Çoxalma
2-7
Şirvan Milli parkı
Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Canavarlar fəsiləsinə aid heyvan növüdür. Şirvan düzündə, Mingəçevir-Gəncə zonasında, Lənkəran-Astara meşəliklərində, Qazax-Tovuz və Ağstafa bölgəsində, Naxçıvan Muxtar Respublikasında yayılmışdır. Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Çəkisi 7-12 kq arasında dəyişir. Çaqqallar gecə aktivdirlər. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər. Ovladıqları kiçik heyvanlarla, yaxud leşlərlə qidalanırlar. Erkək fərdlər dişilərdən daha böyükdür. Bir dəfəyə 2-7 bala doğurlar. Monoqam cütlüklər şəklində yaşayırlar. Ailələr şəklində ov edirlər.
