img
Bakı Zooloji Parkı

Ceyran

Ölçü və çəki

Bədən uzunluğu 94-115 sm
ÇƏKİ: 24-33 kq

Qidalanma

Otyeyən

Həyat ömrü

2-8 il

Çoxalma

1-2

Mühafizə Statusu

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.

img
Şirvan Milli Parkı

Məməlilər sinfinin Cütdırnaqlılar dəstəsinin Boşbuynuzlular fəsiləsinə aid heyvan növüdür. Tarixi populyasiyası yalnız Şirvan Milli Parkının və Korçay Dövlət Təbiət Qoruğunun ərazisində qalmışdır. 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində ümumilikdə 443 baş ceyran müxtəlif ərazilərə, o cümlədən Acınohur düzünə, Qobustan yaylasına, Şahdili yarımadasına, Naxçıvan MR-ə, Samux və Cəbrayıl rayonlarına reintroduksiya edilmişdir. Orta ölçülü cütdırnaqlı heyvandır. Liraşəkilli buynuzlar yalnız erkək fərdlərdə olur. Buynuzların uzunluğu 27-41 sm, bədən uzunluğu 94-115 sm, çiyin hündürlüyü 67-80 sm arasında dəyişir. Diri halda yetkin fərdlərin kütləsi 24-33 kq-a çatır, erkəklər dişilərdən iridir. Bədənin üst və yan tərəfləri qum rəngindədir. Bədənin altı, boğazları və ayaqlarının iç tərəfi ağdır. Quyruqlarının ucu qaradır. Əsasən düzənlik və təpəli relyefdə məskən salır. Qruplar şəklində yaşayırlar. Payızda cütləşmə dövrü başlayır. Balalar aprel-may aylarında dünyaya gəlirlər.