img
Bakı Zooloji Parkı

Qulaqlı kirpi

Ölçü və çəki

Bədən uzunluğu 12-27 sm, quyruq 17-23 mm
ÇƏKİ: 400-500 q

Qidalanma

Həşəratyeyənlər

Həyat ömrü

3-6 il

Çoxalma

3-8 

img
Şirvan Milli parkı

Məməlilər sinfinin Həşəratyeyənlər dəstəsinin Kirpilər fəsiləsinə aid heyvan növüdür. Azərbaycanda əsasən quru çöl, yarımsəhra və düzənlik ərazilərdə, xüsusən Xəzəryanı bölgələrdə, Kür-Araz ovalığında və dağətəyi quru landşaftlarda geniş yayılıb. Adi kirpilərdən ölçüsünə görə fərqlənirlər. Qulaqlarının uzunluğu 5 sm-ə qədərdir, yalnız bel nahiyyəsi iynələrlə örtülmüşdür. Bədən uzunluğu 12-27 sm, quyruq 17-23 mm təşkil edir. Erkəklərin kütləsi 430 q-a qədər, dişilər isə 200-505 q ola bilər. Ayaqları hündürdür. İynələr nazik və qısa olur. Uzunluqları 17-19 mm-ə çatır. Qidasının əsasını həşəratlar təşkil edir. Təhlükə anında bükülərək bir topa çevrilir. İldə 1-2 dəfə bala verir, 3-8 çılpaq bala doğulur.