Çəhrayı Qutan
Ölçü və çəki
Bədəninin uzunluğu 135-175 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 270-360 sm
ÇƏKİ: 7–15 kq
Qidalanma
Ətyeyən, balıqyeyən
Həyat ömrü
25–30 il
Çoxalma
2-3
Mühafizə Statusu
Azərbaycanın Qırmızı Kitabına daxildir
Şirvan Milli Parkı
Quşlar sinfinin Qutankimilər dəstəsinin Qutanlar fəsiləsinə aid quş növüdür. Xəzərin sahil sularında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Kür-Araz və Samur-Dəvəçi ovalıqlarının su hövzələrində qışlayır. Az rast gəlinən növdür. Ümumi rəng fonu çəhrayı çalarlı ağ, qanadlarının ucu qaradır. Başında kiçik kəkili var. Suda üzərkən boynunu geriyə qatlayır. Bədəninin uzunluğu 135-175 sm, dimdiyinin uzunluğu 29,0-47,0 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 270-360 sm-dir. Qışın sərtliyindən asılı olaraq sayında kəskin artıb azalmalar qeydə alıınır. Balıqla zəngin olan iri su hövzələrinin dayaz yerlərində məskunlaşır, qamışlıqda və kolluqda yuvalayır. Qışlayan və ötüb keçən quşdur. Oktyabr-dekabrda uçub gəlir və mart-apreldə gedir.
