img
Bakı Zooloji Parkı

Saqqallı Kərkəs

Ölçü və çəki

Bədəninin uzunluğu 66-90 sm
ÇƏKİ: 2,8-6,5 kq

Qidalanma

Leşyeyən

Həyat ömrü

30–40 il

Çoxalma

1-2

Mühafizə Statusu

Azərbaycanın Qırmızı Kitabına daxildir

img
Zəngəzur Milli parkı

Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Qırğılar fəsiləsinə aid yırtıcı quş növüdür. Böyük və Kiçik Qafqaz dağlarında d.s.-dən 700-2500 m yüksəkliklərdə, bəzən 400-500 m-də rast gəlinir. Oturaq növdür. Kütləsi 4,5-7,5 kq, bədəninin uzunluğu 95-125 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 275-308 sm olur. Çənəsinin altında sərt qıl lələklərdən ibarət “saqqal” var. Sıldırım qayalı mağaralarda yuvalayır. Yuvalama dekabrın sonu-iyul aylarını əhatə edir. Heyvan leşləri, əsasən sümük iliyi ilə qidalanır. Leş tapmadıqda gəmiriciləri, quşları ovlayır.