img
Bakı Zooloji Parkı

Bərqud

Ölçü və çəki

Bədəninin uzunluğu 66-90 sm
ÇƏKİ: 2.8-6.7 kq

Qidalanma

Ətyeyən

Həyat ömrü

50 ilə qədər

Çoxalma

1-3

Mühafizə Statusu

Azərbaycanın Qırmızı Kitabına daxildir

img
Zəngəzur Milli parkı

Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Qırğılar fəsiləsinə aid yırtıcı quş növüdür. Oturaq növdür. Dağlarda yuvalayır. Qış vaxtı düzən yerlərdə rast gəlinir. Erkək fərdin kütləsi 2,8-4,5 kq, dişinin kütləsi 3,6-6,6 kq-dır. Bədəninin uzunluğu 66-90 sm-dir. Qanadlarının açılmış vəziyyətdə uzunluğu 180-234 sm təşkil edir. Ümumi rəngi qonurdur, boynunun arxasında və peysərində qızılı-narıncı lələklər var. Qayalarda və talalı meşələrdə d.s.-dən 1200-3100 m hündürlüklərdə məskunlaşır. 1-2 ədəd yumurta qoyub, 35-42 gün kürt yatır. Balanı yuvada 70-75 gün bəsləyir. 4-7 yaşında cinsi yetişkənliyə çatır. Yemini quşlar və kütləsi 5 kq-dək olan məməlilər təşkil edir.