img
Bakı Zooloji Parkı

Turac

Ölçü və çəki

Bədəninin uzunluğu 35-37 sm

Çəki: 0.4–0.6 kq 

Qidalanma

Otyeyən

Həyat ömrü

5-7 il

Çoxalma

5-9

Mühafizə Statusu

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.

img
Şirvan Milli Parkı

Quşlar sinfinin Toyuqkimilər dəstəsinin Qırqovullar fəsiləsinə aid olan gözəl və əlvan çalarlara malik quş növüdür. Azərbaycanda Kür-Araz ovalığında və Lənkəran düzənliyində, Qanıx, Qabırrı çayları boyu ərazilərdə yayılıb. Oturaqdır. Erkəklərdə başın üstü qızılı-boz, boynun üstü şabalıdı rəngdədir. Döşü və qarın hissəsi qaradır. Eşitmə nahiyəsini ağ lələklər örtür. Qanadında lələklər tünd qonur, çiyin lələkləri boz, ayaqları sarı-qırmızımtıldır. Dişi fərdin rəngi solğundur. Bədəninin uzunluğu 35-37 sm, erkəyin kütləsi 435-607 q, dişinin kütləsi 375-520 q-dır. Böyürtkən, yulğun kolları və ya qamışlıq olan açıq yarımquru ərazilərdə, yaşayış məntəqələrinə yaxın bağ və üzümlüklərdə, taxıl əkini sahələrinin kənarlarında rast gəlinir. 5-9 ədəd yumurta qoyub, 20-21 gün kürt yatır.