Bakı Zooloji Parkı
Ütəlgi qızılquş
Ölçü və çəki
Bədən uzunluğu 60 sm, qanadların uzunluğu 34-42 sm
ÇƏKİ: 700–1400 q
Qidalanma
Ətyeyən
Həyat ömrü
12–20 il
Çoxalma
3–5
Mühafizə Statusu
Nəsli kəsilmə təhlükəsi olanla
Azərbaycanın Qırmızı Kitabına daxildir
Azərbaycanda düzən və dağətəyi ərazilərdə qışlama və köç vaxtı rast gəlinir. Şərqi Avropa, Orta Asiya, Yaxın Şərq və Qərbi Çinin çöllük və yarımsəhra əraziləri
Ütəlgi-şahinlər fəsiləsinə aid olan güclü yırtıcı quşdur. Qidalanmasının əsasını gəmiricilər, quşlar və bəzən kiçik məməlilər təşkil edir. Ov zamanı yüksəkdən sürətlə dalış edərək ovunu qəfil zərbə ilə tutur. Qədimdən şahinçilikdə yəni, ov quşu kimi insan tərəfindən öyrədilmədə mühüm yer tutub. Təbiətdə populyasiyası əsasən yaşayış mühitinin itməsi, elektrik xətlərindəki qəzalar və qeyri-qanuni ov səbəbindən azalıb.
