img

Yenilənmiş
Zooloji Park

Zooloji Parkın kompleksi ziyarətçilər üçün daha rahat və maraqlı məkana çevrilib,
ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb

img

Vəhşi təbiəti
kəşf et

Bakı Zooloji parkında 125 növ heyvan nümayiş olunur,
onlardan 22 si Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir

imageCanlı Zoo
Bakı, 15 Mart
Əsasən buludlu | +8 °
Bakı Zooloji Parkı

Müxtəlif növ canlılar

Bakı Heyvanat parkında Amur pələngi, Afrika aslanı, bəbir, yaquar, zebra, bizon, qonur ayı, xallı maral, nəcib maral, alpak, lama, kenquru, yallı qoyun, canavar, tülkü, müxtəlif növ meymunlar və digər məməli heyvanlar saxlanılır

Canlı
1370
Növ
125
Ziyarətçi
60.000
img
Şir
img
Canavar
img
Ayı
img
Kenquru
img
Tısbağa
img
Bizon
img

Heç nəyi
qaçırma

Zoo Xəritə
bg
Xidmətlər

Qonaqlar üçün
xüsusi xidmətlər

Daha çox
Kontakt zoopark

Sizi kontakt zooparkda gözəl gün keçirməyə və sevdiyiniz heyvanlarla daha yaxından tanış olmağa dəvət edirik. Zooloji Parklarda klassik olaraq, “Heyvanları yemləməyin!”, “Volyerlərdən uzaq durun!” kimi şüarlar səslənir

Lektoriya

Lektoriyada müxtəlif seminar və treninqlər, ekoloji mövzularda ustad dərsləri keçirilir

Kafe

Kafedə müxtəlif çeşidli dadlı yeməklər və içkilər ziyarətçilərə təqdim olunur

Uşaq meydançası

Valideynlər istirahət edərkən, balacalar uşaq meydançasında əylənə bilərlər

Poni ilə gəzinti

Zooloji Parkın ərazisində poni ilə gəzinti üçün xüsusi meydança ayrılmışdır

Xəbər və Elanlar

Ən son yeniliklər

img
05 May 2025
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Bakı Zooloji Parkında

Azərbaycan Turizm və Menecment Universitetinin Sosial-Menecment fakültəsinin bakalavr və magistr tələbələri Bakı Zooloji Parkında təşkil olunmuş praktiki məşğələdə iştirak ediblər. Zooloji Parkın lektoriyasında keçirilən təqdimat zamanı tələbələrə Bakı Zooloji Parkının tarixi, inkişaf yolu, yenidənqurma işləri, müasir strategiyaları, eləcə də Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş, nəsli kəsilmək üzrə olan növlərin təbiətə qaytarılmasını hədəfləyən reintroduksiya proqramları haqqında ətraflı məlumatlar təqdim olunmuşdur.

Ətraflı
img
04 May 2025
Bakı Zooloji Parkında möhtəşəm yenilik

Bakı Zooloji Parkı Avropa Zooparklar və Akvariumlar Assosiasiyası (EAZA) tərəfindən həyata keçirilən, nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasına yönəlmiş Avropa Nəsli Kəsilməkdə olan Növlər Proqramının (EEP) rəsmi iştirakçısına çevrilmişdir. EEP nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin genetik müxtəlifliyinin qorunması və nəzarətli şəraitdə çoxaldılması məqsədilə həyata keçirilən proqramdır. Proqram çərçivəsində Bakı Zooloji Parkına bir dişi və bir erkək olmaqla, iki baş Ön Asiya bəbiri (Panthera pardus saxicolor) təhvil verilmişdir. Bəbir həm Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Qırmızı Siyahısında, həm də Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nda nəsli kəsilmək təhlükəsi altında olan növlər sırasında yer alır.

Ətraflı
img
25 Aprel 2025
Bakı Zooloji Parkında ilk dəfə “Yaşıl izlər” layihəsi təşkil olunub

Bakı Zooloji Parkında ilk dəfə “Yaşıl izlər” layihəsi təşkil olunub. Zooloji Parkda heyvanların morfologiyası, bioloji xüsusiyyətləri, ekologiyası, mühafizəsi və reintorduksiyası ilə yanaşı, bitki aləminin qorunması, yaşıllıqların artırılması istiqamətində də maarifləndirici tədbirlər həyata keçirilməkdədir. “Yaşıl izlər” layihəsinin əsas məqsədi flora müxtəlifliyinin qorunması, vegetasiya mərhələləri və aqrotexniki baxımdan düzgün qulluq qaydaları haqqında biliklərin aşılanmasıdır. Eyni zamanda layihə çərçivəsində uşaqlarda təbiətə qarşı məsuliyyətli yanaşmanın və ekoloji mədəniyyətin formalaşdırılması hədəflənmişdir.

Ətraflı
img
10 Aprel 2025
Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbələri Bakı Zooloji Parkında

Bakı Zooloji Parkında Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin II kurs E010İ qrup tələbələri üçün “Heyvan ekologiyası” fənnindən mühazirə və seminar dərsləri təşkil olunub.

Ətraflı
img
03 Aprel 2025
Bakı Zooloji Parkında ilk lemur balası

Bakı Zooloji Parkına Türkiyənin Eskişehir və Qazaxıstanın Almatı zooparklarından gətirilən üzük quyruqlu lemurlarınilk dəfə balası dünyaya gəlib. Ana lemur balanın yanından ayrılmır, təhlükədən qorumaq üçün bel və qarın nahiyəsində daşıyır. Aktiv və sağlam olan bala qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə olaraq, həm sosial davranışları öyrənir, həm də ətraf mühitə uyğunlaşır.

Ətraflı